Fransa Prezidenti Emmanuel Makron bildirib ki, onun ölkəsi Rusiya və ya rus xalqı ilə müharibə aparmır.

Leqal.info xəbər verir ki, Fraansa lideri bunu Parisdə Çin lideri Si Cinpinlə birgə mətbuat konfransında deyib.

Emmanuel Makron Rusiya-Çin münasibətlərinə də toxunub.

"Biz Çin və Rusiya arasında mövcud olan uzunmüddətli əlaqələrə və bu münasibətləri sabitləşdirmək üçün onilliklər ərzində göstərilən səylərə hörmət edirik", - Fransa prezidenti qeyd edib.

Mətbuat konfransı canlı olaraq Yelisey sarayının “X” sosial şəbəkəsindəki rəsmi hesabında yayımlanıb.

Leqal.info