Putin və Makron arasında təmaslar indi planlaşdırılmır.

Leqal.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov dünən Rusiya və Fransa müdafiə nazirləri arasında baş tutan telefon danışığını şərh edərkən bildirib.

O, Rusiya prezidenti Vladimir Putinin dialoqa açıq olduğunu, ancaq hazırda Fransa prezidenti Emmanuel Makronla təmasın planlaşdırılmadığını qeyd edib.

Kremlin sözçüsü bildirib ki, Rusiya tərəfi dialoqa hazırdır.

Elvin Mahmudlu
Leqal.info