Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh danışıqlarına dəstək üçün Qazaxıstan tərəfinə təşəkkür edib.

Leqal.info xəbər verir ki, o, bu barədə özünün “X” hesabında paylaşım edib.

"Azərbaycan-Ermənistan arasında Almatıda ikitərəfli sülh danışıqlarının təşkilində göstərdiyi son dərəcə dəyərli dəstək üçün Qazaxıstan tərəfinə, şəxsən Baş nazirin müavini, xarici işlər naziri Nurtleuya təşəkkür edirəm. Azərbaycan regionumuzda sabitlik və təhlükəsizliyi təmin etmək üçün, sülh prosesinin irəliləməsi üçün səylərini davam etdirəcək” – XİN rəhbəri Ceyhun Bayramovun paylaşımında belə deyilir.

Leqal.info