Meksikanın ölkəmizdəki Səfirliyi “X” hesabı vasitəsilə Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Leqal.info xəbər verir ki, paylaşımda Meksikanın Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiq olduğu bildirilib:

“Biz Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir və ikitərəfli münasibətlərin möhkəmlənməsinə sadiq olduğumuzu bir daha təsdiqləyirik”, - paylaşımda qeyd edilib.

Leqal.info