Leqal.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Gürcüstanın namizəd statusunu dayandırmasına dair çağırışlara münasibət bildirərkən deyib.
“Onlar namizəd statusunun dayandırılması barədə danışırlar, onlar özləri uzun müddətdir ki, namizəd statusunun hökumətə deyil, Gürcüstan xalqına verildiyi barədə danışırlar. Belə bir zamanda kimsə Gürcüstan xalqından namizəd statusunu alacaqsa, bu çox gülünc olar”, -Kobaxidze vurğulayıb.
Leqal.info