BMT-nin Baş katibi Antonio Quterreş noyabr ayında Bakıda keçiriləcək BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransında (COP29) iştirak edəcək.

Leqal.info xəbər verir ki, bunu Baş katib TASS agentliyinə müsahibəsində bildirib.

“Bəli, əlbəttə. Mən hər zaman COP-un sammitlərinin açılış və bağlanış mərazimlərində iştirak edirəm. Ümidvaram ki, məhz bu konfrans dəyişikliklərin baş verəcəyi bir tədbir olacaq. Biz uçuruma getdiyimizi qlobal səviyyədə məhz bu konfransda dərk edəcəyik” – Baş katib qeyd edib.

Qeyd edək ki, COP29 sammiti bu ilin noyabrında təşkil olunacaq.

Leqal.info