Leqal.info "Times of Israel"ə istinadən xəbər verir ki, İsrail müdafiə naziri təhlükəsizlik vəziyyəti ilə bağlı müzakirə aparıb.
"Son bir ildə nümayiş etdirdiyiniz bacarıqlar sayəsində düşmənlərimiz öz addımlarını diqqətlə nəzərdən keçirir. Bununla belə, biz bütün imkanlara, habelə hücuma sürətli keçidə hazır olmalıyıq", - Qallant bildirib.
İsrail Müdafiə Nazirliyi bildirib ki, Qallant "təhlükəsizliyin inkişafı fonunda" İsrail hava qüvvələrinin hazırlığını, həmçinin "bütün döyüş sektorlarında hücum hərəkəti imkanlarını" müşahidə edib.
Leqal.info