Leqal.info xəbər verir ki, bu barədə o, “X” səhifəsində yazıb.
“Mən Təmas Qrupun iclasında iştirak edəcəyəm və ABŞ-nin müdafiə naziri Lloyd Ostin və Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşəcəyəm, daha sonra isə Almaniya Kansleri Olaf Şoltsla danışıqlar aparacağam”, -o qeyd edib.
Vladimir Zelenski, həmçinin bildirib ki, Almaniyadan sonra növbəti səfəri İtaliyaya olacaq. O, İtaliyada “Ambrozetti” Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək.
Leyla Kamil
Leqal.info