Leqal.info Azərbaycanın Rusiyadakı Səfirliyinin Teleqram kanalına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli müttəfiqlik qarşılıqlı fəaliyyət məsələləri, eləcə də cari regional məsələlər müzakirə edilib.
“3+3” formatında, Azərbaycan-Rusiya-İran üçlü formatında əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS ilə qarşılıqlı fəaliyyəti və digər məsələlərə xüsusi diqqət yetirilib.
Hikmət Hacıyev Rusiya XİN rəhbərinin müavininə Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlar prosesinin gedişi barədə məlumat verərək, Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılması üçün Ermənistanın qanunvericiliyində mütləq dəyişiklik edilməsinin zəruriliyinə diqqət çəkib.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiya XİN-in 2-ci Asiya Departamentinin direktor müavini M. Baranov iştirak ediblər.
Leqal.info