Leqal.info xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "X" hesabında yazıb.
"Azərbaycan və Böyük Britaniya arasında mükəmməl ikitərəfli münasibətlər, həmçinin geniş spektrli regional məsələlər, Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş və Azərbaycanın qarşıdan gələn iqlim sammitinə - COP29-a ev sahibliyi etməsi barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Tim Barrou arasında çox məhsuldar və canlı söhbət baş tutudu", - azərbaycanlı səfir qeyd edib.
Qeyd edək ki, Hikmət Hacıyev Britaniya səfəri çərçivəsində Böyük Britaniyanın Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya üzrə dövlət naziri Tariq Mahmud Əhməd, Britaniya XİN-də siyasi direktor Kristian Törner və XİN-in iqlim məsələləri üzrə rəsmi şəxsləri də görüşüb. Görüş zamanı ikitərəfli və çoxtərəfli əlaqələr müzakirə olunub.
Leqal.info