Rusiya prezidenti Vladimir Putin Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hi ilə görüşüb.

Leqal.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Putin Rusiyada işgüzar səfərdə olan KXDR-in xarici işlər naziri Çoi Sonq Hini Kremldə qəbul edib.

Qeyd edək ki, Şimali Koreya XİN rəhbəri keçən həftədən Rusiyada səfərdədir. O, noyabrın 1-də Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparıb.

Leqal.info