Leqal.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-dakı seçkilərləbağlı bəyanatında bildirilib.
Qeyd olunub ki, Amerika elitası partiya mənsubiyyətindən asılı olmayaraq, anti-Rusiya xəttini tutur.
"Rusiya ABŞ-ın yeni administrasiyası ilə işləyəcək, milli maraqları qətiyyətlə müdafiə edəcək və diqqətini xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmağa yönəldəcək. Bizim şərtlərimiz dəyişməzdir və bu şərtlər Vaşinqtonda yaxşı məlumdur”,deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.
Həmçinin vurğulanıb ki, Trampın ABŞ seçkilərində qələbəsi amerikalıların Baydenin hakimiyyətinin nəticələrindən və Demokrat Partiyasının proqramından narazılığını əks etdirir.
Leqal.info