Leqal.info xəbər verir ki, bu barədə o, “X” platformasındakı paylaşımında bildirib.
Lloyd Austin bunun müdafiə naziri kimi Ramstein Hava Bazasına son səfəri olduğunu bildirib: “Ukraynaya suveren ərazisini müdafiə etmək üçün bir araya gələn tarixi koalisiya olan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 25-ci toplantısına sədrlik etmək üçün Almaniyaya gedirəm”.
Qeyd edək ki, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası yanvarın 9-da baş tutacaq.
Leqal.info