Leqal.info xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Putinlə Tramp arasında telefon təmasları tez-tez olmur.
"Əslində, bu prezidentlik iterasiyası zamanı onların yalnız bir söhbəti olub", - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Putin və Tramp arasında Kremlin bildirdiyi sonuncu telefon danışığı fevralın 12-də baş tutub. Onlar Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsini, ikitərəfli münasibətləri və bir sıra digər mövzuları müzakirə ediblər, eləcə də təmasların davam etdirilməsi və şəxsi görüşün təşkili barədə razılığa gəliblər.
Leqal.info