Leqal.info xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, prezidentlər lazım bildikləri qədər danışacaqlar.
Peskov qeyd edib ki, Kreml Putinlə Tramp arasında telefon danışığının yekunları barədə operativ məlumat verəcək.
Kremlin sözçüsü Putinin Trampla telefon danışığından sonra çıxış etməsinin gözlənilmədiyini bildirib.
Peskov Putinin Federal Məclisə müraciət tarixinin hələ müəyyən edilmədiyini, bunun ABŞ ilə danışıqların nəticələri ilə əlaqəli, xarici vəziyyətlə bağlı olmadığını vurğulayıb.
Leqal.info