Leqal.info TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
İran XİN rəhbərinin gündəliyinə ikitərəfli və regional əməkdaşlıq, o cümlədən beynəlxalq arenada birgə fəaliyyət məsələlərinin müzakirəsi daxildir.
Həmçinin danışıqlarda Tehranla Vaşinqton arasında İranın nüvə proqramına dair müzakirələrin də diqqət mərkəzində olması gözlənilir.
Qeyd edək ki, A. Araqçi səfərdən öncə V. Putinə İranın Ali liderinin məktubunu təqdim edəcəyini açıqlayıb.
Leqal.info