Leqal.info "Reuters"ə istinadən xəbər verir ki, Zelenskinin yeganə şərti danışıqlarda Vladimir Putinin də şəxsən iştirak etməsidir.
Zelenskinin sözlərinə əsasən, şərtsiz 30 günlük atəşkəs razılaşması danışıqların əsas məqsədlərindən biridir.
O bildirib ki, Rusiya ilə sülhə aparan yolun başlanğıcı məhz bu addımdan keçməlidir.
“Biz müharibənin sonunun başlanğıcı ilə bağlı razılığa gəlmək istəyirik. Putin isə mənimlə birbaşa danışıqlardan qorxur”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri, həmçinin qeyd edib ki, əgər danışıqlar baş tutmasa, ABŞ və Avropa İttifaqından Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunmasını gözləyir.
Leqal.info