Leqal.info xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa Məhkəməsinin Avrokomissiya rəhbəri barəsindəki qərarına münasibət bildirərkən “X” hesabında yazıb.
“Ursula von der Leyen bizə şəffaflıq barədə mühazirələr oxuyur, özü isə “Pfizer” ilə olan sövdələşmələrini bizdən gizlədir. Biz Avropa Komissiyanını Avropa Məhkəməsinin qərarına hötmətlə yanaşmağa və vaksinlərin alışı ilə bağlı yazışmaları ictimaiyyətə açıqlamağa çağırırıq. Vaksinlərin alınması nəyə görə gecikirdi? Niyə görə Avropa ölkələrindən bu məqsədlə əlavə vəsait alınırdı? Özünüzə haqq qazandırdığınız yetər. Biz cavab tələb edirik”.
Qeyd edək ki, məhkəmə heyəti Ursula von Der Lyayenin 2021-2023-cü illərdə imzalanmış 30 milyard dollarlıq vaksin razılaşmasına dair informasiyanı gizlətməkdə təqsirli bilib və Avropa Komissiyasından həm onların, həm də Ursula von der Leyenin yuxarıda adı çəkilən şirkətin rəhbəri Albert Burla ilə yazışmalarının ictimailəşdirilməsini tələb edib.
Leqal.info