Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və onun pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında Xankəndi şəhərində İƏT-in 17-ci sammiti çərçivəsində görüş keçirilib.

Leqal.info xəbər verir ki, bu barədə Pakistan XİN rəhbəri özünün “X” hesabında bildirib.

“Türkmənistanın xarici işlər naziri qardaşım Rəşid Meredovla görüşməyimə şadam. Biz güclü Pakistan-Türkmənistan əməkdaşlığına bağlılığımızı bir daha təsdiq etdik və əsas məsələlər üzrə fikir mübadiləsi apardıq. Əlavə olaraq, beynəlxalq və regional məsələləri müzakirə etdik. Mən pakistanlıların İrandan təxliyəsinə göstərdiyi yardıma görə Türkmənistanın XİN rəhbərinə öz minnətdarlığımı bildirdim”, - Məhəmməd İshaq Dar qeyd edib.

Leqal.info