Leqal.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması regiona sabitlik gətirməyə kömək edəcək və Moskva bu prosesi dəstəkləyir.
“Dəfələrlə müxtəlif səviyyələrdə demişik ki, sülh müqaviləsinin imzalanmasına sürətli çıxışı alqışlayacağıq. Məhz sülh müqaviləsinin imzalanması regiona proqnozlaşdırıla bilənlik, sabitlik və sülh gətirəcək çox vacib bir amilə çevriləcək. Bu prosesi tam dəstəkləyirik”, - Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.
Leqal.info