Mənim Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustinlə açıq, şəffaf münasibətlərim var, “çörək kəsmişik”, lakin bəzi Rusiya telekanalları bütün sərhədləri keçib.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.

“Onların yayımının dayandırılması barədə qərar vermək istəməzdim, lakin Rusiyada bizi bu addımı atmağa məcbur edən qüvvələr var və mən bunu istəməzdim”, - Ermənistan Baş naziri vurğulayıb.

Leqal.info