Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Leqal.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının əsas aspektləri, regional inkişaflar, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Leqal.info