Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib.

Leqal.info xəbər verir ki, İrakli Kobaxidze səfər çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlüksizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borellə görüşüb.

Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyətinin Borellə görüşdən sonra 8-ci Aİ-Gürcüstan Assosiasiya Şurasının iclasında iştirak edəcəyi bildirilib. İclasda Gürcüstanın Aİ-yə inteqrasiyası, siyasi dialoq və islahatlar, iqtisadi və sektoral əməkdaşlıq, ticarət, eyni zamanda münaqişənin dinc yolla həlli kimi məsələlərin müzakirə ediləcəyi qeyd edilib.

Qapalı sessiyada Aİ və Gürcüstan nümayəndələrinin xarici və təhlükəsizlik siyasətinə, önəmli regional məsələlərə, təhlükəsizlik və müdafiə sahələri üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparacağı qeyd edilib.

Qeyd edək ki, Kobaxidzenin Brüsseldə NATO baş katibi Yens Stoltenberqlə də görüşü planlaşdırılıb.

Leqal.info