Leqal.info xəbər verir ki, görüş zamanı tərəflər mülki müdafiə sahəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, xüsusilə fövqəladə hallara hazırlıq və fəlakətlərə cavab tədbirlərinin əlaqələndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Çin tərəfinin genişmiqyaslı fəlakətlərin idarə olunması sahəsində mövcud təcrübəsinin BMMT-nin üzv dövlətləri üçün potensialın artırılması proqramlarına verə biləcəyi töhfələr müzakirə olunub.
Müzakirələrdə, texnologiya və innovasiyaların fəlakət risklərinin azaldılması sahəsində tətbiqi, erkən xəbərdarlıq sistemləri və dayanıqlılıq strategiyaları məsələlərinə xüsusi diqqət yetirilib.
Görüş zamanı gələcək əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq mülki müdafiə şəbəkəsinin davamlı tərəfdaşlıq əsasında gücləndirilməsinə inam ifadə olunub.
Leqal.info