Leqal.info xəbər verir ki, Rusiya Prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov Zelenskinin məlum bəyanatını mədəniyyətsizlik adlandırıb, Ukrayna liderini qeyri-adekvat olmaqda ittiham edib.
"Bu, (Zelenskinin Milad təbriki-red.), mədəniyyətsizlikdir və qəzəblidir. Mən sual vermək istərdim: o, siyasi və diplomatik vasitələrlə münaqişə ilə bağlı adekvat qərarlar qəbul etməyə qadirdirmi?" – deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, dünən Zelenski Milad təbrikində ad çəkmədən ukraynalıların onun ölməsini arzuladıqlarını bildirib. Rusiyada bu, Zelenskinin Putinə ölüm arzuladığı kimi qəbul olunub.
Leqal.info