Leqal.info xəbər verir ki, bu barədə Qrossi “X” hesabında məlumat yayıb.
“Sabah Cenevrədə keçiriləcək mühüm danışıqlara hazırlıq olaraq, elə indicə İranın xarici işlər naziri ilə dərin bir texniki müzakirələri sonlandırdıq”,- AEBA direktoru bildirib.
Qeyd edək ki, sabah Cenevrədə ABŞ və İrandan olan nümayəndə heyətləri arasında nüvə proqramı məsələsi ilə bağlı danışıqlar baş tutacaq.
Leqal.info