Leqal.info xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Təyyarəsində jurnalistlərə danışan Tramp qeyd edib ki, hava hücumları İranın bütün potensial liderlərinin öldürülməsi və ordusunun məhv edilməsi halında danışıqları mənasız edə bilər.
“Müəyyən bir məqamda, düşünürəm ki, bəlkə də ‘təslim oluruq’ deyəcək heç kim qalmayacaq”, – deyə Tramp vurğulayıb.
İran prezidentinin üzr istəməsi müzakirələrə səbəb olub.
İsrail və İran şənbə günü qarşılıqlı hücumlar həyata keçirib. ABŞ və İsrailin İrana qarşı apardığı müharibə ikinci həftəsinə daxil olub.
Leqal.info