Leqal.info xəbər verir ki, o, bunu Ağ Evdə çıxışı zamanı deyib.
“İranın təklifi qəbuledilməzdir. Mənim İranla bağlı planım var”, - ABŞ lideri bildirib.
Tramp onun strategiyasının mövcudluğunu şübhə altına alanlara isə sərt cavab verib: “Çoxları deyir: Onun planı varmı? Əlbəttə ki, mənim planım var. Mənim indiyə qədərki ən yaxşı planım var”.
Tramp vurğulayıb ki, təzyiq altında deyil və geri çəkilmək niyyəti yoxdur:
“Onlar düşünürlər ki, mən yorulacağam, bezəcəyəm və ya təzyiq altında qalacağam. Lakin heç bir təzyiq yoxdur”.
Tramp ABŞ-ın nəticə əldə edəcəyini qeyd edib: “Biz tam qələbə qazanacağıq. Hətta nəzəri olaraq artıq hərbi baxımdan tam qələbə qazanmışıq”.
Leqal.info