Prezident İlham Əliyev Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında cəmi 776 şagird yerlik modul tipli 14 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 392 000 (dörd milyon üç yüz doxsan iki min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Sıra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

İsmayıllı rayonu Gəndov kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

2

İsmayıllı rayonu Girk kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

3

İsmayıllı rayonu Uştaqlışlaq kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

315 000

4

Şamaxı rayonu Talışnuru kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

330 000

5

Şamaxı rayonu Ərciman kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

6

Şamaxı rayonu Cıraqlı kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

7

Şamaxı rayonu Cabanı kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

8

Şamaxı rayonu Çağan kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

9

Şamaxı rayonu Laləzar kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

330 000

10

Şamaxı rayonu Sabirli kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

11

Qobustan rayonu Şıxzərli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

12

Ağsu rayonu Sanqalan kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

13

Ağsu rayonu Abasxanlı kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

14

Ağsu rayonu Sarvan kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

Cəmi

4 392 000