Prezident İlham Əliyevin Türkiyədən sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfəri siyasi və iqtisadi nəticələri ilə diqqət çəkir.

Xezerxeber.az-ın məlumatına görə, Avropa demokratiyasının beşiyi və qitənin əsas iqtisadi güclərindən biri sayılan Birləşmiş Krallıqda dövlət başçısının yüksək səviyyədə qarşılanması Azərbaycan-Avropa münasibətlərinin gələcəkdə daha sıx olacağına bir işarə idi.

İlham Əliyevin bu ölkənin baş naziri Tereza Mey ilə görüşündə baş nazirin prezidenti təbrik etməsi, habelə ölkəsinin indiyədək mövcud olan müsbət təcrübəni davam etdirməklə əməkdaşlıqda maraqlı olmasını ifadə etməsi bir daha göstərdi ki, Birləşmiş Krallıq bərabərhüquqlu səmərəli əmkdaşlığa alternativ görmür.

Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərinin təkcə siyasi yox, həm də iqtisadi cəhətdən böyük önəmi var. Çünki dünyada neft-qaz sahəsində dominantlıq edən BP şirkətinin Azərbaycanda fəaliyyəti müstəqillik dönəmindən bəri böyük önəmə sahibdir. Təsadufi deyil ki, Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan xarici ölkədir. Bu həm də Azərbaycandakı sağlam biznes mühitinin və xarici sərmayələr üçün etibarlı bir məkan olmasının göstəricisidir.

Kəşfiyyat əməliyyatlarında əldə olunacaq bütün məlumatlar Azərbaycan Dövlət Neft Şirkəti ilə paylaşılacaq. Sazişdə qeyd olunan ərazi Xəzər dənizinin heç vaxt işlənməmiş şimal hissəsinə düşdüyü üçün burdakı kəşfiyyat əməliyyatları Azərbaycanın neft sənayesi üçün böyük əhəmiyyətə malikdir. Qazıntı işləri isə 3500 metr dərinlikdə aparılacaq.

Ekspert İlham Şabanın sözlərinə ərazidə kəşfiyyat işləri 2 ilə yaxın davam edəcək və aparılan əməliyyatlar uğurla başa çatsa, Azərbaycan Xəzərin heç işlənməmiş şimal hissəsindəki dərin qatlarından da neft-qaz çıxarmağa başlayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO