Leqal.info xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim, infeksionist Vasif Əliyev REAL TV-nin efirində qonaq olarkən deyib. O bildirib ki, xəstəliyin inkubasiya dövrü nəzərə alınarsa, vəziyyət nəzarət altına alındıqdan sonra belə, bir müddət yüksəlmələrə doğru gedişatı gözləmək olar:
“Təəssüf ki, Azərbaycanda bu vəziyyət nəzarət altına alınmayıb. Düşünürəm ki, vəziyyət yaydakı dövrdən daha da ağır ola bilər. Çünki yoluxma hallarının sayı əvvəlki dönəmdən, hansı ki, bizdə daha kritik dönəm idi, indi ondan iki dəfə daha çoxdur".