Leqal.info-nun məlumatına görə, nazir ümidvar olduğunu vurğulayıb ki, gələn il ölkəni sərtləşdirilmiş karantin rejimi gözləməyəcək: “Əlbəttə, belə hal baş verərsə, hökumətdə bu məsələ müzakirə ediləcək”.
Qeyd edək ki, dövlət büdcəsində yaşayış minumumu 196 manat həcmində müəyyən edilib. Bəzi deputatlar əhaliyə sərt karantin dövründə ödənilən 190 manat vəsaitin yaşayış minumumu həddinə çatdırılmasını təklif ediblər.