DİN-in İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun anası vəfat edib.

"Leqal.info" xəbər verir ki, Generalın anası İffət Aslanova Mütəllim qızı uzun sürən xəstəlikdən sonra bu gün səhər 77 yaşında dünyasını dəyişib.

Onun Bakıda II Fəxri xiyabanda dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Həzi Aslanov iki dəfə Sovet Ittifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun nəvəsidir. Mərhum İffət Aslanova