Yasamal rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətini başa vuran gənclərlə Yasamal rayon İcra Hakimiyyəti başçısının görüşü keçirilib.

"Leqal.info" xəbər verir ki, görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə cəmiyyətin müxtəlif təbəqələrini nəzərdə tutan və fərqli sahələri ehtiva edən islahatlar kimi, eynilə gənc nəslə diqqət də dövlət siyasətinin prioritet sahələrindən birinə çevrilib: "Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Bu siyasət vasitəsilə ölkəmizdə gənclərin inkişafı ilə bağlı bütün maraqlı tərəflərin ümumi məqsədlərə və hamı üçün daha firavan, inkişaf edən Azərbaycan uğrunda çalışa biləcəyi bir mühit yaradıldı. Bir sözlə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin tarixi inkişafında müstəsna əhəmiyyətə malikdir. Bu gün də bu missiyanı layiqincə yerinə yetirən Prezident İlham Əliyev bütün çıxışlarında gənclərə arxalandığını vurğulayır. 44 günlük Vətən müharibəsində prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın parlaq qələbəsi də bu cəsur gənclərin Vətən, torpaq sevgisi ilə haqq-ədalət yolundan çəkinməyərək cəsarətlə mübarizə aparmalarının, qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxmalarının nəticəsi idi. Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Xüsusilə dövlətimizin başçısının 2007-ci ilin “Gənclər İli” elan edilməsi ilə bağlı Sərəncamı, 2020-ci ili “Könüllülər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artmasına səbəb olub".

Elşad Həsənov bildirib ki, könüllü fəaliyyətinə qoşulan gənclər gələcəkdə ixtisaslı və peşəkar kadr kimi formalaşırlar. Könüllülərin Yasamal rayonunda həyata keçirilən tədbirlərdə yüksək fəallıq göstərmələri, tənha, kimsəsiz və qayğıya ehtiyacı olan rayon sakinlərinə, eləcə də şəhid və qazi ailələrinə müvafiq köməkliklər göstərmələri xüsusi vurğulanıb.

Yasamal rayon Könüllülər qrupunda fəaliyyətə qoşulmuş gənclərə könüllü kimi iki ay müddətində müxtəlif sosial bacarıqları, əmək vərdişləri aşılayan təlimlərdə və rayonda keçirilən tədbirlərdə iştiraklarına görə fərdi qaydada xüsusi sertifikatllar təqdim edilib.

Yasamal RİH-də könüllülərlə görüş keçirildi

Yasamal RİH-də könüllülərlə görüş keçirildi

Yasamal RİH-də könüllülərlə görüş keçirildi

Yasamal RİH-də könüllülərlə görüş keçirildi

Yasamal RİH-də könüllülərlə görüş keçirildi