Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasında müəyyən edilmiş yerlərdən kənarda çadırların qurulmasına və tonqalların yandırılmasına icazə verilməyəcək.

"Leqal.info" xəbər verir ki, bu Nazirlər Kabinetinin “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi”nin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, mühafizə zonasında İdarə tərəfindən müəyyən edilmiş yerlərdən kənarda nəqliyyat vasitələrinin hərəkətinə, dayanacaqların təşkilinə, çadırların qurulmasına və tonqalların yandırılmasına yol verilmir.