Şabran rayonunda meşədə başlayan yanğın fərdi yaşayış evlərinə keçib.

Leqal.info-nun Şimal bürosu xəbər verir ki, rayonun Dağ Bilici kəndində otlaq sahədən başlayan yanğın meşə ərazisinə keçib. Daha sonra yanğının miqyası genişlənərək sözügedən kəndin fərdi yaşayış evləri yanmağa başlayıb. İlkin məlumata görə, kənd ərazisində üç fərdi yaşayış evi yanır.

Sakinlər "Report"un yerli bürosuna bildiriblər ki, meşə massivində yanğının genişlənməsi ətraf kəndlərin sakinləri üçün təhlükə yaradıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır

Şabranda meşə yanğını evə keçib, 3 ev yanır