Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1187 vaksin vurulub.

“Leqal.info” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 199, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 691, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 108 nəfərdir.

Peyvənd olunanların sayı açıqlandı