Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1333 vaksin vurulub.

"Leqal.info" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 299, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 714, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 119 nəfərdir.