Bu görüntülər redaksiyamıza Yeni Günəşli qəsəbəsində məskunlaşmış bir sakinimiz tərəfindən daxil olub.

Leqal.info məsələ ilə bağlı sözügedən məqaləni izləyicilərə təqdim edir.

Belə ki, D yaşayış sahəsi 17 saylı binanın tam yuxarısında nəzərdə tutulmayan yerdə kondisioner motoru quraşdırılıb. Bu əslində çox məsuliyyətsiz yanaşmadır. Bakının küləkli şəhər olduğunu, cazibə qüvvəsini də nəzərə alsaq Allah eləməmiş o əşya oradan oradan keçən kiminsə üzərinə düşsə canını elə ordaca tapşıracaq. Belə ki, gün ərzində yüzlərlə adam oradan keçərək digər binalara, məktəbə, mağazaya keçib gedib gəlir və bu açıq təhlükəyə dəvətli bir əşyadır. Məsələ nəzarətimizə alınaraq aidiyyatı üzrə həmin sakinlə görüş keçirib məsələnin qanun çərçivəsində həllini tapacağına nail olmağa cəhd edəcəyik.

Elnurə Fərhadqızı
Leqal.info

Gözlə görünən aşkar təhlükə