Redaksiyamıza Yeni Günəşli qəsəbəsi Elçin İsmayılov küçəsindən daxil olan bir şikayətdən danışacağıq

Leqal.info məsələ ilə bağlı araşdırma aparıb.

Sakin yolların daha doğrusu ümumi nəqliyyat yollarının özəlləşdirilərək piyada yolunun blok olunmasından naraziciliq dilə gətirilib. Belə ki, həmin yolda bir tərəfdə qarajlar əks tərəfdə isə dövlət əmlakı olan yolun özəlləşdirilərək 9 mərtəbənin 1-ci mərtəbəsinin ön tərəfi uzadaraq tam yolu əhatələnməsindən və piyada üçün keçid məntəqəsi saxlanılmamasının şahidi oldum. Həmin yoldan gündə yüzlərlə maşın yüksək sürətlə eləcə də avtobuslar istifadə edirlər. Həmin yolu istifadə edən piyadalar həyatları bahasına qorxu dolu anlar yaşayırlar. Məsələ həqiqətən də ürəkaçan deyil. Məsələni tam nəzarətə götürərək sakinlərlə söhbət edib məsələnin həllinin tapılacağına ümid edirəm.

P.S. Əks təqdirdə məsələni aidiyyatı dövlət qurumları qarşısında qaldıraraq həllinin tapılacağına cəhd göstərəcəyik.

Günay Azərqızı
Leqal.info