Respublikada koronavirus (COVİD-19) infeksiyasına 43 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

Leqal.info Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi məlumata əsasən xəbər verir ki, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Son sutka ərzində respublikada 2050, indiyə qədər isə 7 468434 test aparılıb.
Leyla Kamil
Leqal.info