Ağstafa rayonunun Səməd Vurğun keçəsində yerləşən binada yanğın baş verib.

Leqal.info xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları tərəfindən söndürülüb və başqa ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı, binada olan və yanıq xəsarətləri alan 1977 –ci təvəllüdlü K.Həsənov xəstəxanaya yerləşdirilib. K. Həsənovun vəziyyəti kafi olaraq qiymətləndirilir.
K.Həsənovun yanğın baş verən binanın gözətçisi işlədiyi və yanğına səbəb kimi onun otağında olan elektrik qızdırıcının göstərildiyi bildirilib.
Sözügedən faktla bağlı araşdırma aparılır.
Elnurə Fərhadqızı
Leqal.info