Naxçıvanda qanunsuz ov edənlər tutulub.

Leqal.info xəbər verir ki, Naxçıvan MR Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çalxanqala kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Ş. Ağaməmmədov, A. Ağaməmmədov, V. Ağaməmmədov, O. Xudaquliyev saxlanılıb. Sözügedən şəxslərdən qanunsuz saxlanılan “İJ-18”, “TOZ-63” və “Cifsa” markalı 4 ov tüfəngi götürülüb.
Həmçinin V.Ağaməmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı ovlanan 1 ədəd dağ keçisi, 1 ədəd patron qatarı və 4 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla əlaqədar araşdırma aparılır.
Leyla Kamil
Leqal.info