Bu barədə "Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu, dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib: "Şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır".
"Qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib" - məlumatda bildirilib.