Leqal.info-nun verdiyi xəbərə görə, İ.Əliyev bildirib ki, hər gün belə minlərlə məktub alır: “Mən şadam ki, bu gün bunun kimi sözləri deyən minlərlə insan var. Onlar bu sözləri deyərkən sevinc göz yaşları tökürlər: “Mən artıq qaçqın deyiləm, bu qaçqınlıq vəziyyətdən canımı qurtarmışam”.
Mənə belə minlərlə məktub daxil olur. Mən bu məktubları oxuyanda sözün düzü bəzi hallarda sevinc göz yaşlarımı saxlaya bilmirəm. O qədər səmimi, qürurverici sözlər yazılır ki, görürəm Azərbaycan xalqı böyük xalqdır”.