Xəbər verdiyimiz kimi, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır.

Leqal.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərara müvafiq olaraq, şənbə və bazar günləri bərbərxana və gözəllik salonlarında, kafe-restoranlarda və digər iaşə obyektlərində yerində xidmət dayandırılacaq.