Gənclər və idman nazirinin müavini, Ağır Atletika Federasiyasının I vitse-prezidenti İsmayıl İsmayılovun səhhətində problem yaranıb.

Leqal.info-nun Unikal.org-a istinadən məlumatına görə, nazir müavini paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.

İ.İsmayılov sözügedən sayta açıqlamasında səhhətində problem olduğunu təsdiqləyib və hazırda müalicəsini davam etdirdiyini deyib.

Xatırladaq ki, bir müddət əvvəl gənclər və idman naziri Azad Rəhimov da səhhətində yaranan ciddi narahatlıqla bağlı təcili ABŞ-a aparılmışdı. Nazir bununla bağlı açıqlama verərkən ağciyərindən müalicə aldığını bildirmişdi.

***

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İsmayıl İsmayılov yıxılıb və qabırğası çatlayıb.

Nazirlik rəsmisinin sözlərinə görə, o, hazırda ev şəraitində müalicə alır: “Vəziyyətində ciddi nəsə yoxdur. Bir neçə gün sonra tam sağalaraq işə qayıdacaq”.