Leqal.Info

SON DƏQİQƏ

Qan təzyiqini azaltmağın əlverişli yolu tapıldı - ARAŞDIRMA

Qan təzyiqini azaltmağın əlverişli yolu tapıldı
29-08-2020, 15:55 31 606 dəfə baxılıb

Melburn La Tromb Universitetində bir neçə elmi mərkəzin iştirakı ilə aparılmış tədqiqat nəticəsində ürək-damar xəstəliklərə rəvac verən başlıca amil olan qan təzyiqini azaltmaq üçün gündəlik təzə zeytun yağı qəbul etməyin zəruriliyi müəyyənləşib.

“Leqal.info” “Standard”a istinadən xəbər verir ki, müxtəlif mədəni mənşəyi və qidalanma tərzinə malik 50 yetkin könüllünün iştirak etdiyi klinik sınaqlar zamanı onlar üç həftə ərzində gündə 4 xörək qaşığı təzə zeytun yağı qəbul edib, daha sonra iki həftə ərzində nə zeytun, nə də zeytun yağından istifadə etməyiblər. Bu, bir neçə dəfə təkrarlanıb. Nəticədə könüllülərdə mərkəzi sistolik qan təzyiqi 2,5 faiz, kənar (kiçik damarlarda) sistolik qan təzyiqinin isə 2 faiz azaldığı müəyyən edilib.

Tədqiqatın rəhbəri Katerina Sarapis əks-iltihab və əks-oksidant xassələrinə malik polifenol maddələri ilə zəngin olan təzə zeytun yağının Aralıq dənizi və bir çox başqa bölgələrdə ənənəvi təamlar arasında mühüm yer tutduğunun təsadüfi olmadığını diqqətə çatdırıb.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI