Leqal.Info

SON DƏQİQƏ

Yunanıstanda irimiqyaslı antiterror əməliyyatı keçirilib - həbs edilənlər var

Yunanıstanda irimiqyaslı antiterror əməliyyatı keçirilib
9-11-2019, 21:03 56 760 dəfə baxılıb

Yunanıstanın paytaxtı Afinada irimiqyaslı antiterror əməliyyatı keçirilib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, əməliyyat zamanı 3 nəfər həbs edilib. Onlardan 2-i terror cinayətlərində ittiham olunur. Həbs edilənlərdən 3-cüsü qadındır, o, qanunsuz silah saxlamaqda təqsirli bilinir.

Əməliyyat zamanı habelə daha 15 nəfər saxlanılıb.

Polis axtarışlar zamanı 5 "Kalaşnikov" avtomatı, bir tapança-pulemyot, iki tapança, detonatorlar, CS gözyaşardıcı qazlı qumbaralar və s. sursat aşkarlayaraq müsadirə edib.

Yunanıstanın baş naziri Kiriakos Misotakis polisi müvəffəqiyyətli əməliyyat münasibətilə təbrik edib.


www.leqal.info

Teqlər: Yunanıstan, irimiqyaslı antiterror əməliyyatı, həbs edilənlər var

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI