“Leqal.info” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə sabiq dövlət başçısının rəhbəri olduğu Qırğız Sosial Demokrat Partiyasının (QSDP) nümayəndəsi Gündüz Hacıbəyov bildirib.
Yerli KİV isə A.Atambayevin evində uzaqbaşı 200-250 nəfər tərəfdarının olduğunu yazır.
Qeyd edək ki, onu saxlamaq üçün ötən gün keçirilən nəticəsiz əməliyyatdan sonra A.Atambayev hazırkı Prezident Sorunbay Jeenbekovun, hökumətin, Ali Məclisin istefası tələbi ilə tərəfdarlarını QSDP-nin Bişkəkdəki qərargahı qarşısında müddətsiz etiraz aksiyasına çağırıb.